Ru
08:57 / 20 Aprel 2024

Sevgilisini öldürüb, özünü bıçaqladı - Bakıda dəhşət

3547
Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Xudu Məmmədov 13 ünvanında qeydə alınıb.

Belə ki, iri marketlərin birinin qarşısında 24 yaşlı oğlan sevdiyi 22-24 yaşlı qadının ürək nahiyyəsinə bıçaq zərbəsi vurub.

Qadın aldığı xəsarətlərdən ölüb. Sonra o, özünə bıçaq zərbələri vurub.

Oğlan aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Qadının meyiti morqa təhvil verilib. Hazırda ölən qadının ad və soyadı dəqiqləşdirilir.

Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər