Ru
20:25 / 05 Noyabr 2022

Şəxsi təyyarələrin havaya qalxmasına mane oldular - İlginc etiraz aksiyası

4885

Ətraf mühit fəalları daha bir ilginc aksiya ilə gündəmə gəliblər.


Bakupost.az xarici mətbuata istinadən bildirir ki, onlar Hollandiyada şəxsi təyyarələrin hava limanından havaya qalxmasına mane olublar.



Hollandiyanın "Schiphol" Hava Limanında onlarla ətraf mühit fəalı şəxsi təyyarələrin yerləşdiyi əraziyə daxil olub. Əyləşərək təyyarələrin havaya qalxmasının qarşısını alan fəallar bu yolla ətraf mühitin çirkləndirilməsinə etiraz ediblər.


Aksiyanı həyata keçirənlərin "Greenpeace" və "Extinction Rebellion" təşkilatlarının üzvləri olduğu bildirilir. "Greenpeace Hollandiya" bildirib ki, "Schiphol" Hava Limanı ölkədə ən böyük karbon qazı emissiya mənbəyidir və hər il 12 milyard kiloqram karbon buraxır.


Təşkilatın lideri Devi Zloç "Biz lazımsız qısa məsafəli uçuşları və şəxsi təyyarələri qadağan etmək istəyirik", deyib.


“Aviasiyanı məhdudlaşdırın” şüarları səsləndirən etirazçılara "Schiphol" Hava Limanının rəhbərliyindən cavab gecikməyib. Bildirilib ki, 2030-cu ilə qədər bütün uçuşların emissiyasız olmasını hədəfləyirlər. Həmçinin aviasiya sənayesinin 2050-ci ilə qədər sıfır emissiyaya nail olmağı hədəflədiyi xatırladılıb.


Polis aksiyaçılardan bir neçəsinin saxlanıldığını açıqlayıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər