Ru
16:09 / 22 Aprel 2024

Şeyx Əbdüldən Elməddinin ittihamlarına reaksiya - Cavansan, amma...

2965
“Bu işi bilən adam kimi Elməddinə məsləhət görürəm ki, yazıçı Orxan Fikrətoğlu ilə görüşsün. Prezidentin Sərəncamı ilə rəsmi şəxs kimi Kino Agentliyində Orxan Fikrətoğlu bu işlərlə məşğul olur. O, Orxan müəllimə konkret olaraq istək və arzularını desin. Bütün cavan rejissorlar, aktyorlar “Nizami” Kino Mərkəzində olurlar. Çox böyük işlər görürlər. Son bir ayın içində filmlər təqdim ediblər”.

Bunu Bakupost.az -a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

O, aktyor Elməddin Cəfərovun Mədəniyyət Nazirliyinə qarşı səsləndirdiyi ittihamlarını belə şərh edib:

“Burdan Elməddini salamlayıram, öpürəm, bağrıma basıram. Deyirəm ki, Elməddin sən cavansan, amma mən bu yolları çoxdan keçmişəm. Sən istəklərinə mən göstərdiyim ünvandan başla”.

Qeyd edək ki, aktyor Elməddin Cəfərov müsahibəsi zamanı Mədəniyyət Nazirliyinin ünvanına ittihamlar səsləndirib. Bildirib ki, onu heç nazirliyin binasına buraxmayıblar, təqdim etdiyi layihələr qəbul edilməyib. Aktyor ölkə başçısı tərəfindən fəxri adla təltif edilməsi arzusunda olduğunu bildirib.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər