Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:08 / 11 İyul 2024

Simonyan: Azərbaycanla düşmənçiliyə son qoymalıyıq!

2111
Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanla sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, o, bu barədə parlamentin növbədənkənar iclasında bildirib.

Erməni spiker qeyd edib ki, Alma-Ata Bəyannaməsinin prinsiplərinə riayət etməklə sərhədlərin delimitasiyası prosesi başa çatdırılmalı və bununla da iki dağıdıcı müharibəyə səbəb olan on illik düşmənçiliyə son qoyulmalıdır.

Qeyd edək ki, sünən Vaşinqtonda ABŞ dövlət katibinin iştirakı ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirilib. Danışıqlardan sonra tərəflər sülh müqaviləsinin imzalanması üçün irəliləyişin olduğunu bəyan ediblər və İrəvan tezliklə müqavilıəni imzalanmağa hazır olduğunu təsdiqləyib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar