Ru
09:08 / 30 İyul 2022

Şirvanda narkotik yetişdirən şəxs saxlanıldı

Şirvanda narkotik yetişdirən şəxs saxlanıldı
Eye

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakupost.az -a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Şəmsi Umudov saxlanılıb.


Onun yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı quruması üçün kökündən çıxarılmış vəziyyətdə 30 ədəd çətənə bitkisi aşkarlanıb.


Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar