Ru
10:07 / 03 Avqust 2022

“Siyasi partiyalar haqqında” yeni qanunda nələr olacaq? - Açıqlama

929
Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlament sədrinə müraciət ediblər.

Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanıb.


Bəs "Siyasi partiyalar haqqında"qanun layihəsində hansı yeni məqamlar yer alacaq?


Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Hüseynov Bakupost.az -a açıqlama verib.


O, bildirib ki, yeni qanun siyasi partiyaların daha geniş imkanlarını müəyyənləşdirəck:



“Siyasi partiyalar haqqında qanun 1992-ci ildə qəbul edilib. Artıq xeyli müddət keçib və yeni qanuna ehtiyac var. Bu, siyasi partiyaların fəaliyyətini tənzimləyən, istiqamətləndirən, siyasi partiyaların yerini və rolunu müəyyənləşdirən, hüquq və vəzifələrini özündə ehtiva edən qanun olacaq. Ümumən respublikada siyasi proseslər daha mükəmməl fazaya keçib. Azərbaycan artıq beynəlxalq aləmə həm siyasi, həm də iqtisadi mənada inteqrasiya edib. Ölkəmizin nüfuzu daha da genişlənib. Xüsusilə Vətən Müharibəsindəki qələbədən sonra Azərbaycan dünyada qalib kimi çıxış edir. Digər tərəfədən, 1992-ci ilin qanunları ilə indiki siyasi prosesləri tam əhatə etmək mümkün deyil. Orada bir sıra əsas məsələlər var ki, bununla bağlı müzakirələr gedəcək. Hər bir siyasi partiya öz tövsiyələrini, qanunda görmək istədiyi maddələri bildirəcək. Təmsil olunduğum YAP da öz təkliflərini verəcək”.

Fərid
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər