Ru
23:26 / 13 Fevral 2025

Şolts Tramp-Putin danışıqlarını dəyərləndirdi

Şolts Tramp-Putin danışıqlarını dəyərləndirdi
Eye

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Ağ Evin rəhbəri Donald Tramp arasında telefon danışığı aparılmasını düzgün hesab edir.

Bakupost.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə siyasətçi Berlində jurnalistlərə bildirib.

"Prezident Tramp və Rusiya prezidentinin dünən birbaşa danışıqlar aparması doğrudur", - kansler qeyd edib.

Şolts keçmişdə bir neçə dəfə Rusiya prezidenti ilə danışdığını da xatırladıb. Almaniya kansleri həmçinin qeyd edib ki, o, Trampın Ukraynadakı münaqişəyə ən qısa zamanda son qoyulması ilə bağlı fikirləri ilə razıdır.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar