Ru
15:43 / 08 Aprel 2024

Sona Vəliyevanın yeni kitabı çap olundu

Sona Vəliyevanın yeni kitabı çap olundu
Eye

Şair, yazıçı, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru Əməkdar jurnalist Sona Vəliyevanın “Qapı sirri” adlı hekayə və povestlərdən ibarət yeni kitabı çap olunub.

Bakupost.az xəbər verir ki, kitabda yer alan “Qapı sirri” əsəri müəllifin Qarabağ Zəfərinə ithaf etdiyi maraqlı bir üslubda qələmə alınmış povestdir. Əsərin əsas məzmunu Vətən eşqinin, eləcə də vətəndaş-dövlət birliyinin milli düşüncə əsasında tərənnüm edilməsindən ibarətdir.

Yazıçı Azərbaycanın və dünya azərbaycanlılarının birliyinin gücünü real hadisələrin təsvirləri fonunda ortaya qoyub.

Kitaba həmçinin müəllifin “Dinozavrların ölümü” adlı digər povesti və “Quşların duası” adlı alleqorik hekayəsi də daxil edilib. “Zərdabi” nəşriyyatında çap olunan kitabın redaktoru Sabir Şaxtaxtıdır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar