Ru
14:14 / 30 Sentyabr 2024

"SPİD"ə yoluxanlar evlənə bilərmi? - Açıqlama

"SPİD"ə yoluxanlar evlənə bilərmi? - Açıqlama
Eye

"QÇİS-ə yoluxanlar ailə həyatı qura bilərlər, ancaq həkimin tövsiyələrinə ciddi əməl etməlidfirlər".




Bakupost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Zəminə Paşayeva qurumun saytında dərc olunan müsahibəsində bildirib.

O qeyd edib ki, müsbət İİV (İnsanın immunçatışmazlığı virusu) statusu olan şəxsə verilməli olan vacib tövsiyələrdən biri də HİV infeksiyasının partnyoruna keçməsinin qarşısını almaq üçün antiretrovirus dərmanların qəbuluna vaxtında başlamaqdır:

"Fakt budur ki, HİV-ə yoluxmuş insanlarda ARV terapiyası qanda virus yükünü aşkar edilməyən səviyyəyə endirir və toxunulmazlığı bərpa edir. Bu zaman o, epidemioloji cəhətdən virusun bir insandan digərinə keçməsinin qarşısını alır. Eyni zamanda, bu vəziyyətdə vacib məqamlardan biri xəstənin ARV terapiyasına riayət etməsidir. Xəstələrin müalicə rejiminə əməl etməməsi, ARV terapiyasında uzun və dövri fasilələr virusun yenidən aktivləşməsinə və davamlı ştammların yaranmasına səbəb ola bilər".

Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar