Ru
11:19 / 28 Noyabr 2022

"Sukanal" Elmi-tədqiqat Layihə İnstitutu ilə memorandum imzalandı

8325

Qərbi Kaspi Universiteti və "Sukanal" Elmi-tədqiqat Layihə İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb


Bakupost.az xəbər verir ki, görüşdə Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov, "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Vüqar Mirzəyev çıxışlarında tədris və istehsalatın birgə fəaliyyətinin zəruriliyini, tələbələrin təcrübə toplamasında bunun əhəmiyyətini qeyd ediblər.


Tərəflər bu məqsədlə Universitet və İnstitut arasında birgə seminarların, təlimlərin və kursların təşkili, milli və beynəlxalq konfransların, dəyirmi masaların, sərgilərin təşkili, fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən layihələrə tərəfdaş kimi qatılmaq, birgə elmi-tədqiqat işlərinin layihələndirilməsi və icrası, mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təcrübə mübadilələrinin təşkilini vacib hesab etdiklərini bildiriblər.

Müzakirə olunan məsələlərin rəsmiləşdirilməsi məqsədilə tərəflər arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


Sonda İnstitut rəhbərliyi tərəfindən Universitet tələbələrini maraqlandıran suallar cavablandırılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər