Ru
16:48 / 08 Dekabr 2022

Sülh müqaviləsi üzərində iş davam edir - Armen Qriqoryan

1885
“Biz sülh müqaviləsi üzərində işi davam etdiririk. Azərbaycan tərəfdən aldığımız mətni öz mülahizələrimizlə Bakıya qaytarmaq üçün nəzərdən keçiririk və yaxın vaxtlarda görüş təşkil edəcəyik”.

Bakupost.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan yerli mətbuata açıqlamasında deyib.

O, ilin sonuna qədər sülh sazişinin bağlanmasının niyə reallığa çevrilmədiyi sualına belə cavab verib:

“Biz demişdik ki, ilin sonuna qədər sülh sazişinin əldə olunması üçün hər cür səy göstərəcəyik. Ermənistan bunun üçün hər cür səy göstərdi. Bütün bunların 2022-ci ilin sonuna qədər nəticə verəcəyini söyləmək çətindir. Amma gələn il də bu istiqamətdə işimizi davam etdirəcəyik. Biz mətn üzərində işləməyə davam edirik və tezliklə onun redaktə olunmuş variantını Azərbaycana göndərəcəyik”.

Günel
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər