Ru
12:30 / 14 Sentyabr 2026

Trampla FES sədri üz-üzə: ABŞ-də iqtisadi çalxalanma gözlənilir

Trampla FES sədri üz-üzə: ABŞ-də iqtisadi çalxalanma gözlənilir
Eye

ABŞ Federal Ehtiyat Sistemi (FES) yüksək inflyasiya səbəbindən faizləri artırmaq təzyiqi ilə üzləşir.

“Bakupost” xəbər verir ki, bu vəziyyət FES sədri Kevin Varş ilə faizlərin aşağı salınmasını istəyən ABŞ Prezidenti Donald Tramp arasında fikir ayrılığı yarada bilər.

Avqustda baza inflyasiyasının gözləntilərdən yüksək artmasından sonra bazarlarda FES-in 15-16 sentyabr iclasında faiz artıracağı ehtimalı 85%-i keçib.

Tramp isə ABŞ-də borclanma xərclərinin dünyadakı ən aşağı səviyyədə olmasını istəyir və faizlərin aşağı salınmasına çağırır.

Faiz artımı Trampın Varşı açıq şəkildə tənqid etməsinə səbəb ola bilər. Milli İqtisadi Şuranın direktoru Kevin Hassett də faiz artımı olacağı təqdirdə Trampın bundan narazı qalacağını bildirib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar