Ru
12:16 / 07 Dekabr 2022

Xocalıda azərbaycanlı jurnalistlərlə sülhməramlılar arasında qarşıdurma - FOTO-VİDEO

Xocalıda azərbaycanlı jurnalistlərlə sülhməramlılar arasında qarşıdurma  -  FOTO-VİDEO
Eye

Rusiya sülhməramlıları azərbaycanlı jurnalistləri Xocalıya buraxmayıb.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Sülhməramlılar əl-ələ tutaraq jurnalistlərin qarşısında canlı sədd yaradıb və onların Azərbaycan ekoloqları ilə Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi arasında danışıqların getdiyi Xocalıya buraxmayıblar. Bu zaman İctimai TV-nin əməkdaşı ilə sülhməramlılar arasında mübahisə yaranıb.

İTV Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanov bildirib ki, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov Azərbaycan mediasına Azərbaycan ərazilərinə keçməyə maneə törədib. O, daha sonra xidmətdə olan sülhməramlıların onların keçidinə mane olmaq istədiklərini bildirib.

Sülhməramlıların öz səlahiyyətlərinə zidd addımlarına baxmayaraq, azərbaycanlı jurnalistlər Xocalıya daxil olmaq üçün mübarizəni davam etdirirlər.












Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar