Ru
10:59 / 18 Aprel 2024

"Sülhməramlılarla bağlı ajiotaj yaradılırdı" - Millət vəkili

1197
"Rusiya sülhməramlı kontingenti müəyyən bir dövr üçün bölgəyə gəlmişdilər. Atrıq onların burada qalma müddəti yekunlaşırdı. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, sülhməramlıların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib. Onlar bu qərara əsasən, Qarabağdan çıxırlar. Hesab edirəm ki, burada bizim üçün önəmli məsələlərdən biri də Kəlbəcərin Xudavəng monastırı idu. Uzun müddətdir ki, bu monastırla bağlı müzakirələr gedirdi. Ermənistan Xudavəng monastırı ilə bağlı şou düzəltməyə çalışırdı. Artıq Kəlbəcərin Xudavəng monastırındakı post Azərbaycan polisinə təhvil verilib. Bununla da Azərbaycan Qarabağ və bütün torpaqları üzərində tam suveren nəzarətini bərpa etmiş durumdadır".

Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, Rusiya sülhməramlılarının bölgədən çıxması Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Rusiya ilə münasibətlər qorundu və dövlət başçıları arasında razılığa əsasən, belə bir addım atıldı. Bu da iki ölkə arasında əlaqələrin güclənməsindən xəbər verir:

"Azərbaycanda bu məsələ ilə bağlı narahatlıq var idi və ajiotajın yaradılmasına çalışırdılar. Artıq bu mərhələ arxada qaldı. Biz yeni bir mərhələyə qədəm qoyduq. Azərbaycan Qarabağda tam suverenliyini bərpa etmiş oldu".



Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər