Ru
20:34 / 06 İyul 2022

Sumqayıtda polis serjantı özünü asdı

Sumqayıtda polis serjantı özünü asdı
Eye

Sumqayıt şəhərində polis əməkdaşı intihar edib.

Bakupost.az trend-ə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar