Ru
14:43 / 10 Noyabr 2025

Sumqayıtdan Bakıya yeni avtobuslar – 18 metrlik uzunluqda (YENİLƏNİB)

Sumqayıtdan Bakıya yeni avtobuslar – 18 metrlik uzunluqda (YENİLƏNİB)
Eye

Noyabrın 12-dən etibarən Sumqayıtdan Bakıya və əks istiqamətdə sərnişin daşınması üçün marşrut xəttinə yeni avtobuslar buraxılacaq.

Bakupost.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, marşrut üzrə ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilən 20 ədəd böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək. Avtobuslar saat 05:45-dən 23:00-dək işləyəcək.


500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Nağdsız qaydada həyata keçiriləcək gedişhaqqı 0.80 AZN müəyyən edilib.


***

12:43

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, 500 nömrəli marşrut avtobusu Sumqayıt şəhərindəki Heydər Əliyev parkının qarşısından hərəkətə başlayacaq. Avtobus Ceyranbatan qəsəbəsindən keçməklə metronun "20 Yanvar" stansiyasına sərnişin daşınmasını həyata keçirəcək.

Sözügedən nəqliyyat vasitəsi "BakuBus" MMC-yə məxsusdur.

Xətt üzrə "BMC Procity CNG" markalı 18 metrlik (4 qapılı) avtobuslar fəaliyyət göstərəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar