Ru
14:44 / 25 Mart 2023

Sürət həddi endirilən yollar: cərimə olunacaqsız - FOTO

Sürət həddi endirilən yollar: cərimə olunacaqsız  -  FOTO
Eye

Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib.

Bakupost.az xəbər verir ki, sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saat, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.


Qeyd edək ki, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli paytaxt ərazisində yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə 14 yolda sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlandığını açıqlamışdı.

Heydər Əliyev prospektindən sonra mərhələli şəkildə digər küçə və prospektlərdə də sürət həddinin endirilməsinə dair müvafiq yol nişanları quraşdırılması nəzərdə tutulub.

BNA-dan isə bildirilib ki, sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılmasına başlanılıb.

Maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq Heydər Əliyev prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar