Suriyalılar vətənlərinə qayıdırlar.
Bakupost.az xəbər veri ki, bu barədə BMT-nin Qaçqınlar üzrə ali komitəsinin nümayəndəsi Flips Lekler məlumat yayıb. Hər həftə Türkiyədən 800 suriyalının evinə qayıtdığı məlumatda qeyd edilib.
Lakin Suriyadakı şəraitin kütləvi geri dönüş üçün uyğun olmadığı bildirilib.
“Suriyalıların ölkələrinə dönmə qərarına hörmət edirik. Lakin hazırkı vəziyyətdə Suriyada insanların ehtiyaclarının qarşılanacağı sual altındadır. Türkiyədən suriyalıların cəmiyyətə daxil olmaları üçün şans verməsini istəyirik”, - deyə qeyd edilib.
Aynur
BakuPost