Ru
20:42 / 11 Avqust 2022

Şuşada alkoqollu içki və tütün məmulatlarının istehsalı QADAĞAN OLUNDU

10501
“Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nın təsdiq edilib.



Bakupost.az bildirir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.



Qərara əsasən, “Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı” təsdiq edilib.



Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.



Qadağan olunmuş fəaliyyət növlərinə içki istehsalı da daxildir.



Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı:



Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi, barama qurdunun yetişdirilməsi və barama istehsalı;arı balının və arı mumunun istehsalı;(bitkiçilik sahəsində xidmətlərin göstərilməsi istisna olmaqla);



Daş kömür və liqnit hasilatı,



Xam neft və təbii qaz hasilatı,



Metal filizlərin hasilatı,



Mədənçıxarma sənayesinin digər sahələri;



İçki istehsalı( mineral sular və digər suların butulkalarda istehsalı; alkoqolsuz içkilərin istehsalı istisna olmaqla);



Tütün məmulatlarının istehsalı;



Dərinin aşılanması, rənglənməsi və hazırlanması;



Kağız və karton istehsalı( büzmələnmiş karton, kağız, karton və kağız taraların istehsalı; təsərrüfat-məişət və sanitariya-gigiyena təyinatlı kağız məmulatlarının istehsalı; dəftərxana və kağız məmulatlarının istehsalı istisna olmaqla)



Koks və təmizlənmiş neft məhsullarının istehsalı;



Kimya sənayesi (ətriyyat və kosmetika vasitələrinin istehsalı istisna olmaqla);



Rezin və plastmas məmulatların istehsalı( müxtəlif növ möhürlərin və ştampların hazırlanması; plastik qapı-pəncərə istehsalı istisna olmaqla);



Digər qeyri-metal mineral məhsulların istehsalı (misgərlik fəaliyyəti qalayçılıq fəaliyyəti; yeməkxana saxsı qablarının, digər təsərrüfat və tualet saxsı ləvazimatlarının istehsalı; saxsı məmulatların istehsalı istisna olmaqla);



Metallurgiya sənayesi;



Elektrik avadanlıqlarının istehsalı;



Maşın və avadanlıqların istehsalı;



Avtomobil, qoşqu və yarımqoşquların istehsalı və sair nəqliyyat vasitələrinin istehsalı;



Qazın istehsalı;



Təhlükəsiz tullantıların emalı və ləğv edilməsi;



Təhlükəli tullantıların emalı və ləğv edilməsi;




Digər tullantıların yığılması və məhv edilməsi (zibilin və tullantıların yığılması və daşınması; ictimai yerlərdə zibilin zibil yeşiklərinə yığılması və onların daşınması;küçələrin, yolların, maşın dayanacaqlarının və s. süpürülməsi və sulanması;
qar və buzdan təmizlənmə istisna olmaqla);



Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması;



Kəşfiyyat qazıntısı;



Taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satışı;



Diri heyvanların topdan satışı;



Dəri və gönün topdan satışı; Kənd təsərrüfatı maşınlarının və avadanlıqlarının topdan satışı;



Dəzgahların topdan satışı;



Dağ-mədən və tikinti, o cümlədən mülki tikinti üçün maşın və avadanlıqların topdan satışı; Yanacağın topdan satışı;



Metal və metal filizinin topdan satışı;



Meşə materiallarının, tikinti materiallarının və sanitar- texniki avadanlıqların topdan satışı;



Gübrə və aqrokimyəvi məhsulların topdan satışı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər