Tacikistanda “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı 9 nəfər saxlanılıb.
Bakupost.az xəbər verir ki, Tacikistan və Rusiyada konsert salonuna edilən hücumla bağlı başladılan istintaq davam edir.
Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi hücumla əlaqəsi olduğu düşünülən 9 adamın nəzarətə alındığını açıqlayıb. Açıqlamada bildirilib ki, 9 şübhəlinin hamısı bazar ertəsi Vəhdət şəhərində saxlanılaraq paytaxt Düşənbəyə gətirilib.
Qeyd edək ki, martın 22-də Rusiyada konsert salonuna hücum nəticəsində 144 nəfər həyatını itirib. Rusiyada hücumla bağlı 8 nəfər həbs edilib.
Elnur
BakuPost