Ru
12:10 / 10 İyun 2025

Tahir Kərimli sədrlikdən gedir - Onu kim əvəz edəcək?

Tahir Kərimli sədrlikdən gedir - Onu kim əvəz edəcək?
Eye

Tahir Kərimli Vəhdət Partiyasının (VP) sədrliyindən gedir.

Bakupost.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında VP-nin təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə deyib. Onun sözlərinə görə, sədr yerini gənclərə vermək istəyir:

"Tahir bəy deyir ki, bu günə günə kimi işlədik, daha bəsdir, indi yerimizi gənclərə verməliyik. Partiyaya yeni nəfəs gəlsin. Özü partiyadan getmir, hər hansı bir vəzifədə fəaliyyətini davam etdirəcək”.

Fəxrəddin Ağazadənin sözlərinə görə, əgər qarşıdakı illərdə parlament seçkiləri keçirilsə, Tahir Kərimli namizədliyini irəli sürəcək.

Aldığımız məlumata görə, Tahir Kərimli Vəhdət Partiyasının sədri vəzifəsini müavinlərindən birinə etibar edəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar