Amerikalı jurnalist Taker Karlson ukraynalıların Co Bayden administrasiyanın təhriki ilə Ukraynanı itirdiyi qənaətindədir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu ABŞ-ın milli təhlükəsizlik rəsmisi Elric Kolbiylə müsahibəsi zamanı deyib.
"Ukraynalılar Ukraynanı ruslar üzündən yox, Bayden administrasiyasının təhriki ilə itirdilər", - Karlson qeyd edib.
Onun fikrincə, ABŞ üçün Ukraynadakı münaqişənin nəticəsi bu ölkənin əhalisinin azalması və Ukrayna torpaqlarının əcnəbilərə, o cümlədən amerikalılara satılması olub.
Qeyd edək ki, bir müddət əvvəl amerikalı iş adamı İlon Mask Ukraynada axan qanın tezliklə bitəcəyini bildirib.
NATO-nun keçmiş baş komandanı Ceyms Stavridis ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanmasına nail olacağı, bunun nəticəsində Kiyevin ərazilər məsələsində güzəştə gedəcəyi barədə fikir bildirib.
Zaur, BakuPost