Ru
19:31 / 03 Oktyabr 2022

Tanınmış müğənnini mahnıya görə öldürdülər - FOTO

Tanınmış müğənnini mahnıya görə öldürdülər - FOTO
Eye

Türkiyəli tanınmış musiqiçi Onur Şener səhnə aldığı gecə klubunda mahnıya görə öldürülüb.



Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ankaranın Çankaya rayonundakı gecə klublarından birində üç nəfər Onur Şenerdən adını verdikləri mahnını ifa etməsini istəyib. Musiqiçi həmin mahnını bilmədiyini dediyi üçün mübahisə başlanıb, onlar butulkaları qıraraq səhnəyə atıblar. Şüşə qırıqları sənətçinin boynuna batıb və onun şah damarı kəsilib.



Xəstəxanaya aparılan ifaçının həyatını xilas etmək mümkün olmayıb.



Faktla əlaqədar 5 nəfər nəzarətə götürülüb. Daha sonra onlardan 2-si sərbəst buraxılsa da, 3-ü həbs edilib.





Tanınmış müğənnini mahnıya görə öldürdülər - FOTO
Tanınmış müğənnini mahnıya görə öldürdülər - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar