Ru
14:40 / 19 Aprel 2024

Tanınmış publisist Eldar Qutlu vəfat etdi

2525
Tanınmış publisist, tərcüməçi Eldar Quliyev (Eldar Qutlu) uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Bu barədə Bakupost.az -a onun yaxınları bildiriblər.

Onların dediyinə görə, sabah Təzə Pir məscidində Eldar Quliyevin üç mərasimi keçiriləcək.

Qeyd edək ki, "Kitabi-Dədə Qorqud"un redaktoru kimi tanınan Eldar Quliyev uzun müddət “Yazıçı” nəşriyyatında redaktor işləyib. Daha sonra isə "Yuğ" Teatrının direktoru kimi çalışıb. Bir müddət bədii tərcümə ilə məşğul olub. Onun mətbuatda Eldar Qutlu imzası ilə publisistik yazıları da dərc olunub.

Zaur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər