Ru
21:22 / 15 Aprel 2024

Tbilisidə etiraz aksiyası keçirilir - VİDEO

1004
Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir.

Bakupost.az xəbər verir ki, minlərlə Gürcüstan vətəndaşı hakim "Gürcü Arzusu" partiyasının yenidən parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edir.

Aksiyada əsasən gənclər, tələbələr, vətəndaş cəmiyyəti fəalları iştirak edir.

Mitinqdə çıxış edən Gürcüstanın tanınmış ictimai xadimləri qanun layihəsinin qəbul edilməsinin Gürcüstanın maraqlarına zidd olduğunu və xalqın iradəsini əks etdirmədiyini bildirirlər. Əraziyə çox sayda polis cəlb edilib, parlament binası ətrafında təhlükəsizlik gücləndirilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər