Ru
13:03 / 05 Aprel 2024

Tehrandan İrəvana daşınan silahları Rusiya göndərib? - Açıqlama

5193
“İrandan Ermənistana silah daşınmasını istisna etmək olmaz. Çox güman ki, təyyarəylə ermənilər üçün vacib olan sursatları daşıyırlar. İranda isə sovet tipli artilleriya və tanklar üçün mərmi hazırlayan kifayət qədər zavodlar var”.




Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Azad İsazadə İranda Ermənistana silah daşıması haqda xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan bir neçə ölkənin köməkliyi ilə silahlanır:

“Bir məsələni də nəzərə almalıyıq ki, Ermənistanın beynəlxalq və hərbi aeroprotuna Rusiya hərbçiləri nəzarət edir. Ona görə də silah daşınması Rusiya hərbçilərinin xəbəri olmadan həyata keçirilə bilməz”.

A.İsazadə deyib ki, Rusiya bir müddət əvvəl Ermənistandan aldığı vəsaitin müqabilində silah göndərməyib:

“Rusiya Ermənistandan külli-miqdarda pul alsa da, vəd etdiyi silahları verməyib. Ermənistan isə dəfələrlə tələb edib ki, ya pulumuzu qaytar, ya da silahı ver. Bir versiya da var ki, indi Xəzər dənizi vasitəsilə Rusiya silahları İrana göndərir. Oradan isə təyyarəylə həmin silahlar Ermənistana yola salınır. Ermənistan İran, Rusiya, Hindistan və Fransanın köməyi ilə silahlanır. Biz isə təbii ki, buna hazır olmalıyıq”.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər