Azadlıq Radiosu İsmayıllı rayonunun Pirpalıd yaylağından reportaj hazırlayıb.
Reportaj Rafail Məmmədov və ailəsinin yaylaq və qışlaq həyatından bəhs edir.
3 övladı olan ata bir neçə günə ailəsi ilə qışlağa gedəcək.
Ailə İsmayıllının Pirpalıd yaylağına hər il may ayında gəlir. Dərslər başlayana yaxın köçürlər. Oktyabrdan isə qışlaq həyatları başlayır...
Yaylağın suyunu dağlardan çəkiblər, elektriki quraşdırdıqları günəş panelindən alırlar, ocaq isə dədə-baba qaydasındadır. Ailənin 9 yaşlı oğlu Murad dağdakı qoyun-quzusuna baxıb gəlib. Murada at minməyi atası öyrədib. O da 7 yaşlı bacısı Aynişana...
Ana Mayisə Məmmədova isə deyir ki, təhsilsiz adam yaşaya bilməz: “Ona görə də çalışıq ki, yerimiz pis olsa da, məktəb yaxın olsun”.
Ana özü isə yaylaq həyatına uşaqlıqdan alışıb.
Daha ətraflı videoda:
Elnur
BakuPost