Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:08 / 08 İyul 2024

Rusiyada Teleqram 3 milyon cərimələndi

1515
Rusiyada məhkəmə sosial media platformalarından biri olan Telegram-ı 3 milyon rubl (təxminən 34 min dollar) məbləğində cərimələyib.

Bakupost.az xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyinin (Roskomnadzor) Telegram-a qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məhkəmə Rusiyada hökumət əleyhinə məzmuna Telegram vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 3 milyon rubl cərimələyib.

Bundan əvvəl ölkədə oxşar pozuntulara görə Telegram-da müxtəlif cərimələr tətbiq edilmişdi.

X, Facebook və Instagram kimi platformalara çıxışın olmadığı Rusiyada Telegram ölkədə ən populyar sosial media və mesajlaşma proqramları sırasındadır.


Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar