Ru
18:01 / 02 Aprel 2024

Tərtərdə minaya düşənlərin son durumu açıqlandı - YENİLƏNDİ

1892
Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb.

Rayonun Bəyimsarov kənd sakini, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu üzündən, sağ bazunun və döş qəfəsinin sağ hissəsindən çoxsaylı qəlpə yarası alıb.

Tərtərin Kəbirli kənd sakini, 1992-ci ildə anadan olmuş Tağızadə Arzuman Əhliman oğluna sağ bazu oynağının və boyunun açıq yarası diaqnozu qoyulub. Bundan başqa, o, sağ yuxarı ətrafın çoxsaylı, üzün çoxsaylı qəlpə yarası alıb.

Tərtər rayon Sarov kənd sakini, 2006-cı il təvəllüdlü Bağırov Elmin Elnur oğlunun hər iki ayağı amputasiya edilib. Ona eyni zamanda, sol əlin qəlpə yaraları diaqnozu qoyulub.

Hər üç şəxs mal-qara otaran zaman minaya düşüblər.

***
Tərtər rayonunun Çaylı kəndində mina partlayışı nəticəsində xəsarət alan Bağırov Elmir Elnur oğlunun hər iki ayağı amputasiya edilib.

Bakupost.az -ın "Report"a istinadla verdiyi xəbərə görə, hadisədən sonra o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tibb müəsisəsində onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

Mina partlayışında xəsarət alan Tağızadə Arzuman Əhliman oğlu da Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun durumunu ağır kimi qiymətləndirirlər.

İsmayılov Polad Alış oğlu Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər