Ru
15:47 / 06 Mart 2023

TikTok-da təhlükəli trend - Tələbələr zəhərləndi

TikTok-da təhlükəli trend - Tələbələr zəhərləndi
Eye

ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Universitetində (UMass) tələbələr zəhərlənib.

Bakupost.az xəbər verir ki, buna səbəb TikTok-da meydana gələn “TikTok BORG” trendi olub.

Tələbələr trendə görə həddindən artıq spirtli içki qəbul edib.

UMass rəsmiləri hadisə yerinə 28 təcili yardım maşınının göndərildiyini bildirib.

Zəhərlənən tələbələrin həyati təhlükəsinin olmadığını bildirən səlahiyyətlilər, hadisənin ciddiliyi ilə əlaqədar rayondakı bir çox dövlət qurumlarının səfərbər edildiyini qeyd edib.

Yerli polis hadisə ilə bağlı iki nəfərin saxlanıldığını bildirib.

Qeyd edək ki, son zamanlar ABŞ universitetlərində gündəmə gələn “TikTok BORG” trendi, Çin sosial media platformasında zərəri azaldılmış içmə üsulu vəd edən yeni trenddir. Su, araq, kafeinli dadlaşdırıcı və elektrolitlərlə hazırlanmış spirtli içkidir.

Aynur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar