Ru
04:08 / 21 Dekabr 2022

Tıxac hardan başlayır?

Tıxac hardan başlayır?
Eye

Fəxri Ağayev


Dünən sosial mediada çox müzakirə edilən mövzu metroda olan izdihamdır.

Avtomobili olanlar - əziyyət çəkir. Sumqayıt-Bakı yolu illərdir bərbad vəziyyətdədir.

Metro – eyni. Avtobuslar – eyni

Nəqliyyatın ağıllı idarə edilməsi, ay nə bilim xarici təcrübələrin burda tətbiqi.

Hamısı boş şeydi. İşləməyəcək. Özünüzü yormayın.
Bakı Nəzliyyat Agentliyinin də, metro rəhbərliyinin də bu məsələlərdə böyük günahı yoxdur.

Bilirsiniz niyə?

Sən BÜTÜN ölkəni yığ Bakıya, sonra da qurumlar vəziyyəti idarə edə bilməsinlər.

Problem bu gün başlamayıb və problemin kökü nəqliyyat sistemimizin işləməməsində deyildir.
İllərdir gözümüzə soxulan regionların inkişaf proqramı nə qədər gözəl yazılsa da, işləməməsinin bariz sübutu elə ölkənin Bakıya axışmasındadır.


İnsanlar rayonlarda evlərini satır, gəlir Xırdalanda 20 illik daxili kreditlə ev alır və Bakıya işə gedir. Həyatı çevrilir olur cəhənnəm. İndi o insanlar qalıb ÇOX ağır durumda – rayona geri dönə bilmir, çünki evi satılıb; hər gün Xırdalan-Bakı və Bakı-Xırdalan yolunda həyatını və əsəblərini çürüdür və çıxış yolu da yoxdur.


Heç kim Bakıya kefindən gəlmir. Bu beton, dəmir, şüşə yığını daim yaşıllıq içində yaşayan insana çox da lazım deyil. 

Regionlarımızda CİDDİ və DƏRİN, UZUN MÜDDƏTLİ inkişaf olmasa, Bakıdakı vəziyyət belə də qalacaq.

Əziyyət çəkən isa sadə insanlardır.

Şərhlər
  • t.ədalət

    Tıxaclara səbəb hündürmərtəbəli binaların Bakıda kürd mağaraları kimi iç-içə tikilməsidir.Mənzil tikintisi nəzarətdən çıxıb.Heç bir cəza almayan hakimiyyətdəki kürd ordusu şəhəri ucdantutma mənzil tikintisi kommersiyasına çeviriblər.Hamının gözü qarşısında Cavid Qurbanov Keşlə yük stansiyasını dağıdıb yerini satdı MTK-lara.Tıxacın səbəbi Bakını gələcəkdə atıb qaçacaq kürd mafiyası hər yeri,hətta prospekt və küçələri də daraldıb bina tikib satırlar.İki işğal arasında qalmışıq.Biri erməni-rus işğalçılarıdır ki,Qarabağı viran qoyub.İkincisi də kürdlərdir şəhəri qazanc obyekti kimi hara gəldi sürüyürlər.Hətta dənizin sahilini də kürdlər öz aralarında hissə-hissə bölüblər.

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar