Ru
01:54 / 30 Oktyabr 2024

"Tok" vurub öldürən şəxsin iki ay əvvəl toyu olubmuş...

"Tok" vurub öldürən şəxsin iki ay əvvəl toyu olubmuş...
Eye

Xəbər verdiyimiz kimi, Şəmkirdə baş verən dəhşətli hadisə iki nəfərin həyatına son qoyub.

Bakupost.az xəbər verir ki, yanğının fəsadlarını aradan qaldırmağa çalışan 16 yaşlı qız və ev sahibinin kürəkəni ehtiyatsızlıq nəticəsində elektrik cərəyanına düşərək həlak olublar.

Hadisə bu gün səhər saatlarında Şəmkirin Düyərli kəndində qeydə alınıb.

Yanğın baş verən evin sahibi və hadisə yerinə gələn qonşuların sözlərinə görə, faciənin səbəbi elektrik enerjisinin verilib-verilməməsi ilə bağlı anlaşılmazlıq olub.

Qeyd edək ki, həyatını itirən 16 yaşlı Pərvin Nəsibova ev sahibinin qonşusu idi. 31 yaşlı Hümbət İsmayılov isə təxminən iki ay əvvəl ev sahibinin qızı ilə ailə qurmuşdu.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar