Ru
15:09 / 15 İyul 2025

Tramp ATACMS-lar verəcək - Rusiyayanın içəriləri vurulacaq

Tramp ATACMS-lar verəcək - Rusiyayanın içəriləri vurulacaq
Eye

ABŞ Prezidenti Donald Tramp ATACMS raketləri ilə Rusiyanın içərilərinə zərbələr endirmək üçün Ukraynaya icazə verə bilər.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, ABŞ dövlət başçısının Kiyevin ehtiyaclarını qarşılamaq üçün əlavə ATACMS raketlərinin tədarükü barədə göstəriş verməsi də gözlənilir. Mənbələrdən birinin sözlərinə əsasən, Pentaqon artıq bir neçə aydır ki, Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketlərindən istifadə etməklə Rusiyaya genişmiqyaslı zərbələr endirmək icazəsi verilməsinin vacibliyini vurğulayır.

Qeyd edək ki, iyulun 14-də Donald Tramp Avropa ölkələrinin bu tədarükləri maliyyələşdirəcəyi təqdirdə, Vaşinqtonun Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcəyini bildirib. O, tədarükün koordinasiyasının NATO tərəfindən həyata keçiriləcəyini bəyan edib.

ABŞ Prezidenti, həmçinin Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik idxal rüsumlarının tətbiqinin planlaşdırıldığını deyib. Müvafiq qərar 50 gün ərzində Ukrayna münaqişəsi ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə qüvvəyə minə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar