Ru
12:46 / 29 İyul 2022

Trendə çevrilən kitabın müəllifindən səfirin paylaşımına REAKSİYA

44479
İsrailin Azərbaycandakı səfiri Corc Dikin “Təbrizin sehrli nağılları” kitabı ilə fotosu sosial şəbəkələrdə əsas müzakirə mövzularından birinə çevrildi.


İş o yerə çatdı ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” səhifəsində Təbrizin guya İranın ilk şəhərlərindən biri olduğunu bildirərək, İsrailə “qırmızı xətt” barədə xəbərdarlıq etdi.


Bakupost.az xəbər verir ki, kitabın müəllifi, Memarlıq İnstitutunun aparıcı elmi işçisi, professor Cəmilə Həsənzadə baş verənləri şərh edərək, kitabın populyarlaşmasından çox məmnun olduğunu bildirib. O, buna görə İsrailin Azərbaycandakı səfiri Corc Dikə təşəkkürünü bildirib:



“Ümumiyyətlə, Azərbaycanda miniatür sənətinə maraq göstərənlər azdır. Yalnız rəssamlar maraqlanırlar. Onlar bu görüntülərdən öz işlərində istifadə edirlər. Ona görə də kitablarım, albomlarım satılır. Düzdü, kitab bir az bahadır, amma kimlərsə onu almağı özünə rəva görür”, - deyə Cəmilə Həsənzadə bildirib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər