"SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask ABŞ-ın sabiq prezidenti Donald Trampın 9 yanvar 2021-ci ildə bağlanılan hesabının yenidən açılacağını bildirib.
Bakupost.az xəbər verir ki, İlon Mask noyabrın 18-də Trampın Tvitterə geri dönməsi ilə bağlı sorğu başladıb. Sorğuda iştirak edənlərin 52 faizi Trampın Tvitter hesabının açılmasının tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, Trampın Tvitter hesabı 6 yanvar 2021-ci ildəki Konqresə hücuma görə qapadılıb.
Məsələ ilə bağlı Tvitter-in təhlükəizlik şöbəsindən açıqlama verilib:
“Trampın son paylaşımlarını, əlaqələrini araşdırdıqdan sonra bu paylaşımların təsirinə baxdıq. Zorakılığa təhrik riskinə görə onun hesabını həmişəlik sildik”.
Aynur,
BakuPost