Ru
11:22 / 03 İyun 2025

Türkiyə nəhəngi 20 milyona erməni futbolçu almaq istəyir

Türkiyə nəhəngi 20 milyona erməni futbolçu almaq istəyir
Eye

"Qalatasaray" klubu "Krasnodar"ın futbolçusu Eduard Spertsyanı transfer etmək istəyir.

Bakupost.az xəbər verir ki, "sarı-qırmızılar" komandadan ayrılan Dris Mertensin boşluğunu erməni pleymeyker ilə doldurmağı planlaşdırır. Oyunçu tərəfi razı salınarsa, bu keçid baş tutacaq.

Bu barədə "Qalatasaray"a yaxın jurnalistlərdən olan Arda Özkurt məlumat yayıb.

Spertsyan 2018-ci ildən "Krasnodar"ın əsas komandasında çıxış edir. O, başa çatan mövsümdə komandası ilə Rusiya çempionu olub.

24 yaşlı futbolçu Ermənistan yığmasında 32 oyuna çıxıb və 6 qol vurub.

"Transfermarkt" portalına görə, onun dəyəri 20 milyon avrodur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar