Ru
12:08 / 10 Mart 2026

İsrail mətbuatı Müctəba Xameneinin yaralanması ilə bağlı məlumat yaydı

İsrail mətbuatı Müctəba Xameneinin yaralanması ilə bağlı məlumat yaydı
Eye

İranın yeni seçilən ali dini lideri Müctəba Xameneinin yralanması barədə xəbərlər yayılıb.

Bakupost.az “İsrail Hayom”a istinadən xəbər verir ki, son hərbi hücumlar zamanı onun hədəf alındığı bildirilir. İddiaya görə, İranın keçmiş dini lider Əli Xameneinin oğlu, dünən atasını yerinə seçilən Müctəba Xamenei ABŞ-İsrail hava zərbəsi nəticəsində ağır yaralanıb.

Bu xəbər “X” sosial şəbəkəsində ABŞ ordusuna bağlı “Us.Force” adlı səhifədə yayılıb. Bəzi istifadəçilər yazır ki, “İsrail mənbələri də onun öldürüldüyünü iddia edir”.

Rəsmi xəbər agentlikləri və İran hakimiyyəti bu məlumatı təsdiqləməyib.

Bəzi mənbələr bu xəbərin həqiqəti əks etdirmədiyini bildirir.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar