Avstraliya hökuməti İranının qadın futbol yığmasının beş üzvünə siyasi sığınacaq verdi.
Bakupost.az xəbər verir ki, qaın idmançılar öz ölkələrində təqib və ağır cəzalarla üzləşmə ehtimalı olduğuna görə geri dönmək istəməyiblər. Bu qərar onların martın əvvəllərində AFC Qadınlar Asiya Kuboku oyununda milli himni oxumaqdan imtina etdikdən sonra yaranan təhlükəsizlik təhdidləri ilə əlaqədar qəbul olunub.
Futbolçular – Zəhra Sərbəli Əlişah, Mona Hamudi, Zəhra Qənbəri, Fatimə Pasandidə və Atifə Ramazanizadə polisin müşayiəti ilə təhlükəsiz yerə köçürülüb. Qadın idmançılara uzun müddət yaşayış və təhsil hüququ verən humanitar vizalar verilib.
Məsələ beynəlxalq səviyyədə də geniş müzakirə olunub.
Bundan bir müddət əvvəl Donald Tramp sosial şəbəkədə Avstraliya hökumətinə bu futbolçulara siyasi sığınacaq verilməsilə bağlı çağırış etmişdi. Tramp yazmışdı ki, əks halda qadın idmançıları ABŞ qəbul edəcək: “Əgər Avstraliya onları öz ölkəsinə geri göndərsə, onlar təhlükə altında olacaq və öldürülə bilərlər.” O, bu müraciətini Avstraliya baş naziri Antoni Albanesə ünvanlamışdı.
Avstraliya hökuməti isə vurğulayıb ki, bu addım ciddi insan hüquqları narahatlıqları və təhlükəsizlik səbəbləri ilə verilib və digər komanda üzvlərinə də sığınacaq üçün müraciət etmək imkanı yaradılıb.
Bu qərar İran dövlət mediası və millətçi çevrələr tərəfindən kəskin tənqid olunub; iranlı şərhçilər futbolçuları vətənə xəyanət günahlandırıblar.
Cavid, BakuPost