Ru
20:48 / 06 Dekabr 2022

Türkiyə Yunanıstana ultimatum verdi

1663
“Ya Yunanıstan geriyə addım atıb razılaşmaların şərtlərini yerinə yetirəcək, ya da lazım olanı edəcəyik”.


Bakupost.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.


Onun sözlərinə görə, Yunanıstanın təxribatçı addımları bitməyəcəyi halda Türkiyə Egey dənizindəki adaların suverenliyi məsələsini qaldırmağa hazırdır.


Türkiyə mətbuatı Yunanıstanın bir müddət əvvəl Egey dənizindəki adalarda hərbi təlimlər keçirdiyini yazıb. Rəsmi Ankara hesab edir ki, Yunanıstan tərəfinin o adalara hərbi personal və silahlar göndərməsi beynəlxalq hüququn pozulmasıdır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər