Ru
19:53 / 12 İyul 2025

Türkiyədə bıçaqlanan Araz Musayev federasiya prezidenti deyilmiş...

Türkiyədə bıçaqlanan Araz Musayev federasiya prezidenti deyilmiş...
Eye

Türkiyədə keçirilən yarış zamanı bıçaqlanan idmançı Araz Musayev məhkəmədə hazırda Azərbaycan Muaytay-Tayboks Federasiyasının faktiki prezidenti olan Azər Həsənsoya uduzub.

Bakupost.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında gənclərdən ibarət uşu millisinin baş məşqçisi Elçin Eminov deyib.

O bildirib ki, 2024-cü ilin noyabrında federasiyada növbədənkənar prezident seçkisi olub və Azər Həsənsoy qalib gəlib. 2022-ci ildən federasiya prezidenti olan Araz Musayev bu qərarla razılaşmadığı üçün məhkəməyə üz tutub.

Məhkəmə Azər Həsənsoyun Azərbaycan Muaytay-Tayboks Federasiyasına yenidən prezident seçilməsini tam qanuni və düzgün hesab edib. Proses bu il iyulun 9-da baş tutub.

Qərarda qeyd edilib ki, Azər Həsənsoy Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının, Azərbaycan Muaytay-Tayboks Federasiyasının və Azərbaycan Uşu Federasiyasının təsisçisi və prezidentidir.

O, həmçinin uşu və muaytay üzrə Azərbaycan milli komandalarının baş məşqçisi kimi də fəaliyyət göstərir. 1992-ci ildə Şərq Döyüş Sənətləri Federasiyasını təsis edən Həsənsoy, 1996-cı ildə beynəlxalq tələblərə uyğun olaraq ayrıca Muaytay Federasiyasını qurmuş və o vaxtdan etibarən federasiyaya rəhbərlik edir.

Xatırladaq ki, A.Musayev Türkiyədəki hadisədən sonra verdiyi açıqlamalarda özünü federasiya prezidenti kimi təqdim edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar