Ru
10:14 / 06 Fevral 2023

Türkiyədən zəlzələ ilə bağlı ilk rəsmi açıqlama: Ölü sayı artır

3826
Türkiyənin Kahramanmaraş bölgəsinin Pazarcık rayonunda yerli vaxtla saat 04:17-də baş verən 7,4 bal gücündə zəlzələ 10 şəhərini əhatə edib.

Bakupost.az "Hürriyet"ə istinadən xəbər verir ki, zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 42 afterşok baş verib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman və Malatyada zəlzələ nəticəsində 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.

Rəsmi məlumata görə, zəlzələnin səviyyəsi 4-cü dərəcə elan edilib və bütün xilasetmə qrupları AFAD-ın mərkəzlərində toplanıb. Xarici İşlər Nazirliyi zəlzələ ilə əlaqədar beynəlxalq yardım tələb edib.

Bölgələrə istiqamətləndirilən xilasetmə qruplarını daşımaq üçün 2 təyyarə ayrılıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər