Ru
02:02 / 02 Fevral 2024

Türkiyəli paraşütçünün səmada səhər yeməyi gündəm oldu

7390
Türkiyənin Erzincan vilayətində məşhur xizək kurortlarından biri olan Ergan Kayak Mərkəzində bir ilkə imza atılıb.

Türkiyəli yamac paraşütü (paraplan) pilotu, eyni zamanda “YouTube”r olan Hasan Kaval xüsusi hazırladığı mexanizm sayəsində paraşütünə masa bağlayıb və musiqinin müşayiəti ilə həmin masada səmada səhər yeməyi yeyib. Masada samovar çayı, Erzincanın tulum pendiri və digər yerli məhsullar olub.

Kavalın bu görüntüləri Erzincan valiliyi tərəfindən sosial media hesablarında paylaşılıb və video qısa müddətdə gündəm olub.

Həmçinin Erzincan valisi Hamza Aydoğdu da videonu öz sosial media hesabında paylaşıb.
“Göy üzündə səhər yeməyinin sirri, küləyin səsi... Tulum pendirinə daha çox dad verir. Nuş olsun, Hasan Kaval”, - deyə Hamza Aydoğdu videoya şərh yazıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər