YPG/PKK terrorçuları Suriyanın şimalından Türkiyəyə daha 3 raket atıb.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, raketlər Kilis bölgəsinin Öncüpınar Sərhəd Qapısı ərazisinə düşüb.
Raketlərin boş əraziyə düşdüyü bildirilib.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.