YPG/PKK terror təşkilatı Suriya ərazisindən Türkiyənin daha bir bölgəsinə raket hücumu həyata keçirib.
Bakupost.az “Habertürk”ə istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib.
Qeyd olunur ki, kürd yaraqlılarının hədəfi ni dəfə Qaziantep şəhərinin Suriya ilə həmsərhəd olan Karkamış kəndi olub. Türkiyənin daxili işlər naziri Süleyman Soylu atılan 4 raketdən birinin məktəbə, digərlərinin isə yaşayış evlərinə düşdüyünü açıqlayıb.
Günel,
BakuPost