Ru
12:05 / 10 Yanvar 2023

Türklər Cənnət yaratdı - Barut Hotellərin möhtəşəm cazibəsi – VİDEO+FOTO

27808
Antalyanın Lara bölgəsində sözün əsl mənasında Cənnət yaradılıb.

Bakupost.az –ın əməkdaşının verdiyi məlumata görə, Barut otellər şəbəkəsinə aid məkanda insanların əylənməsi üçün hər cür komfort mövcuddur.

Dünyanın ən məşhur istirahət mərkəzlərinin təcrübələri öyrənilib, onların içərisindən ən yaxşıları seçilib və ortaya heyrətamiz bir nəticə çıxıb.

52 illik xidmət

Barut Otelləri 52 illik ailə biznesidir. 1971-ci ildə Antalya, Sidedə Ali İhsan Barut tərəfindən yaradılıb. "Cənnət" adlı bir obyektlə fəaliyyətə başlayıb. Barut Otelləri bu gün 13 otel, 3 500-dən çox işçi və 10 min yataq tutumu ilə türk turizm sektorunun xüsusi markalarından birinə çevrilib. Hər il 100 mindən çox qonaq qəbul edən Barut Hotelləri 1 aprel 2019-cu il tarixindən “Barut Collections” konsepti ilə fəaliyyət göstərir. Yenilikçi yanaşmaları ilə daim irəliləyən brend, yeni məhsul və xidmətlərilə qonaqlarını qarşılayır.




Oteldə otaqlar Lagoon bölməsi, Bağça bölməsi və Əsas bina konsepti ilə bölünüb. Bununla yanaşı, BAYOU Villas 24 şəxsi villası ilə qonaqlarını qarşılayır. Barut Hotelsin son təşəbbüslərindən biri, Lara Barut Kolleksiyanın yeni konsepti, ilin 12 ayı qonaqlarına xidmət göstərən BAYOU Villasdır. BAYOU Villas "Belong to you" (Sənə aid) yanaşması ilə qonaqlarına bütün rahatlığı təklif edir.

Sağlamlıq turizmi son illərdə ciddi inkişaf edir. Geosiyasi problemlərə baxmayaraq, əhalinin 72 faizinin hələ də səyahətə ehtiyac var. Booking.com-un araşdırmasına görə, 2022-ci il səyahətin qayıdışı ilidirsə, 2023-cü il onun yaradıcı seçimlərlə yenidən kəşfi ilidir. Bu araşdırmaya görə, yeni dövrün tendensiyalarından olan ruhi və fiziki sağlamlığı ön plana çıxaracaq səfərlər daha çox yer alacaq. Zehni yenidən cəmləşdirmək və meditasiya dünya səyahətçilərinin 44 faizi arasında populyardır, 40 faizi isə sakit istirahətdə əmin-amanlıq axtarır. Onların 42 faizi isə psixi sağlamlıq, transformativ sağlamlıq, menopoz və ya hamiləlik kimi həyat mərhələlərinə diqqət yetirərək, sağlamlıq fasiləsi etmək istəyir. Grand View Research tərəfindən 2022-ci ilin iyun ayında dərc edilmiş hesabata görə, qlobal sağlamlıq turizmi bazarı 2030-cu ilə qədər 1 trilyon dollardan çox qazanacaq.

Təbiətlə iç-içə

Getdikcə böyüyən bu bazarda söz sahibi olmaq istəyən Barut Hotels Collection BAYOU Villalarını dizayn edərkən, bu tendensiyaları və yaranan tələbləri əsas götürüb. O, qonaqlarına təbiətlə iç-içə, özləri ilə tək qalmaq, tənhalığa çəkilmək, təbiətlə görüşmək üçün əvəzedilməz bir mühit yaradıb. Yaşadığımız iqlim böhranı və pandemiyadan sonra insanlar təbiətə, özlərinə, davamlı həyata, orijinal mədəniyyətlərə və mədəni irsə daha meylli olublar. BAYOU Villas da bütün bu tendensiyalardan və həssaslıqlardan xəbərdardır.

BAYOU Villaları Aralıq dənizinin bənzərsiz təbii gözəlliklərində davamlı turizm meyarlarına cavab verəcək şəkildə hazırlanıb. Otel insanlar üçün həm beynəlxalq hava limanlarına yaxın, həm də dünyadan bu qədər uzaqda olmaq üçün unikal imkan yaradıb.


24 villanın 24 min gözəlliyi

BAYOU Villas qonaqlarına 25 min kvadratmetr sahədə 24 şəxsi villa təklif edir.
1,2,3 və 4 yataq otaqlı bu villaların hər birinin bağçasında şirin su və dəniz suyu ilə dolu hovuzlar var. 4 fərqli üslubda olan bu villaların sahəsi 250 kvadratmetr ilə 1.000 kvadratmetr arasındadır.



İdman zalı, SPA, türk hamamı, masaj otağı...

BAYOU Villaları idman zalı, SPA, türk hamamı, masaj otağı, mətbəxi olan müxtəlif tipli villalara ev sahibliyi edir. Burada qastronomiya, incəsənət, idman, təbiət və sağlamlıq kimi sahələr üzrə eksklüziv fərdiləşdirilmiş xidmətlər mövcuddur.

Qonaqlara özlərini yaxşı hiss edə biləcəkləri, fərqli zövqlər ardınca getdikləri və yeni günə təzə enerji ilə başlaya biləcəkləri xüsusi bir sahə təqdim edilir.

Lara Barut Collection həmçinin, sizi gözəl və müasir detallarla dizayn edilmiş bütün yemək və içki məkanlarında unikal qastronomik səyahətə çıxarır. Türkiyə, İtaliya, Aralıq dənizi və Uzaq Şərq başda olmaqla dünya mətbəxlərindən seçilən təamları təqdim edən 9 "A'la carte" restoranı və əsas restoran otelin qastronomiya sahəsindəki uğurlarını məhdudiyyətsiz şəkildə təqdim edir.



Sadə, dəbli və müasir detallarla dizayn edilmiş Weik A'la Carte Restoranında təzə, təbii və yerli inqrediyentləri ustalıqla şərh edən aşpazlar kreativ təqdimatlarla masaları bəzəyir. Türk və dünya mətbəxindən eksklüziv dadlar, premium markalı 200 növ içkidən ibarət zəngin menyu gün boyu qonaqlarını gözləyir.

Eyni zamanda Lara Barut Collection-a məxsus xas qurman təcrübələrindən biri olan Winemaker's Dinner görüşləri Türkiyənin görkəmli şərab istehsalçılarını qonaqlarla bir araya gətirir. Hər ay fərqli qonaqlarla davam edən tədbir, ilhamverici hekayələr, xüsusi şərab dequstasiyaları və Lara Barut Collection mətbəxindən qurman delikatesləri ilə müşayiət olunur.

Barut Hotels hər il Türkiyəyə gələn rus turistlərin üstünlük verdiyi və yenidən ziyarət etdiyi otellərdən biridir. Eyni şəkildə, azərbaycanlı qonaqlar da bu brendi bəyənirlər. BAYOU Villalarında həm rus, həm də azərbaycanlı qonaqlar üçün premium xidmətlər təklif olunur.

Qeyd edək ki, Azərbaycandan Türkiyəyə 800 min, Türkiyədən Azərbaycana isə 300 minə yaxın insan gəlir. 10 milyon əhalisi olan Azərbaycandan 5,8 milyon insan xaricə gedir və Türkiyə turizm məqsədli səyahətlərdə birinci yerdədir.

BAYOU Villalarında və ümumi sahələrdə ixtisaslaşmış sənət məsləhətçi qrupunun tövsiyələri ilə seçilmiş müxtəlif sənət əsərlərinə, instalyasiyalara rast gəlmək mümkündür.

BAYOU Villasın tərkibində olan, 100-dən çox əsərin yer aldığı Lara Barut Kolleksiyası hər il keçirdiyi Müasir Sənətçilər Görüşündə rəssamlarla öz qonaqlarını bir araya gətirir. Lara Barut Kolleksiyası, 2019-cu ildə Türkiyədə gənc rəssamlarla başladığı bu unikal layihəni ənənəvi hala gətirib. O, həmçinin tədbirin beynəlxalq səviyyəyə çatdırılması üçün səylərini davam etdirir. Önümüzdəki illərdə əhatə dairəsinin genişləndirilməsi planlaşdırılan yığıncaqda dünyanın hər yerindən bir çox sənətçinin iştirak etməsi nəzərdə tutulur.

Bütün bunlarla yanaşı, oteldə xüsusi xidmətlər də mövcuddur:

İnternet - Yüksək sürətli internet xidmətindən pulsuz yararlana bilərsiniz.
Bərbər/Salon - Peşəkar mütəxəssislərin xidmət göstərdiyi bəy və qadın salonu xidmətinizdədir.
Fotoşəkil - Peşəkar fotoqraflarla ən yaxşı tətil xatirələrinizi yaşada bilərsiniz.
Müvəqqəti otaq - Yoxlandıqdan sonra bu otaqdan qısamüddətli ehtiyaclarınız üçün istifadə edə bilərsiniz.
Şəxsi Transfer - Təhlükəsiz şəkildə hava limanına və ya avtobus terminalına keçməyiniz təmin olunur.
Spa - Spa mərkəzinin imtiyazlı xidmətlərindən yararlanaraq enerjinizi yeniləyə bilərsiniz.



Avtomobil dayanacağı - Böyük nəqliyyat tutumuna malik avtopark 7/24 qonaqlarına xidmət göstərir.
Kassa - Qiymətli əşyalarınızı otağınızda saxlaya biləcəyiniz seyf xidməti pulsuzdur.



Tennis kortu - Siz resepsiyon vasitəsilə pulsuz tennis kortu sifariş edə bilərsiniz.
İdman Zalı və Fitnes - Ən son fitnes və kardio avadanlığı ilə tətilinizi idmanla sağlam şəkildə keçirə bilərsiniz.



Canlı şou - dünyanın müxtəlif nöqtələrindən gələn tanınmış qrupların göstərdiyi canlı şoularla da əylənə bilərsiniz.


Burada uşaqlar üçün xüsusi əyləncə konseptləri də mövcuddur.
Barry Star - konsepti körpələri olan ailələrin rahatlığı və xoşbəxtliyi üçün təhlükəsiz təcrübədir.

Uşaq klubu - 4-8 və 8-12 yaş aralığındakı uşaqlar üçün nəzərdə tutulmuş klubda uşaqlar üçün unikal əyləncə mühiti təqdim olunur.



LOL klubu -13-18 yaş arası gənc qonaqlar üçün xüsusi sahə olan klubda Playstation, stolüstü futbol, stolüstü tennis, bilyard kimi oyunlar oynamaq imkanı var. Gənclər bu oyunlarla bərabər, karaoke, qraffiti, köpük partisi kimi bir çox müxtəlif fəaliyyətlərlə də əylənə bilərlər.



Əyləncə ilə yanaşı, siz oteldə istədiyiniz tədbirləri keçirə bilərsiniz. Toros zalı, Konfrans salonu kimi otaqlar iş görüşləri və ya iclaslarınızı təşkil etmək üçün xidmətinizdədir.



Bir sözlə, bu otel və villalarda istirahət üçün ən mükəmməl şərait yaradılıb. Sadəcə, bu ünvandan REZARVASİYA edib getmək lazımdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər