Ru
20:02 / 09 İyun 2025

UFC-nin ulduz döyüşçüsü Halil Rauntri Bakıya gəldi

UFC-nin ulduz döyüşçüsü Halil Rauntri Bakıya gəldi
Eye

Yarım ağır çəki dərəcəsində UFC-nin sabiq titul iddiaçısı Halil Rauntri iyunun 21-də Bakıda keçiriləcək əsas döyüşdə iştirak etmək üçün Azərbaycana gəlib.

Bakupost.az xəbər verir ki, idmançı Bakının tarixi hissəsi olan İçərişəhərdə gəzintiyə çıxıb. Rauntri Şirvanşahlar sarayını ziyarət edib, Qız qalasına qalxıb, həmçinin Azərbaycan xalçaçılıq sənəti ilə tanış olub. O, hətta xalça toxuma prosesində də iştirak edib.

Bakıdakı UFC gecəsinin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək. Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar