Rusiya Ukraynaya 1991-ci il sərhədlərini bərpa etməyə icazə verməyəcək.
Bakupost.az "Qazeta"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Kiyev və onun Qərb müttəfiqləri “kannibalist instinktlə” Ukraynanı 1991-ci il sərhədlərinə qaytarmaq istəyirlər.
"Kiyev başkəsənlərinin bugünkü cinayət əməlləri həm də onları silah və maliyyə ilə təmin edən Qərb sponsorlarının vicdanındadır", - bəyanatda deyilir.
Zaur,
BakuPost