Ru
16:18 / 03 Fevral 2023

Ukrayna bədbəxt olub, onu koloniya taleyi gözləyir – Medvedev

Ukrayna bədbəxt olub, onu koloniya taleyi gözləyir – Medvedev
Eye

Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa Komissiyasının sədri Ursula Layenin görüşünü şərh edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanı bədbəxt ölkə adlandırıb.

Bakupost.az xəbər verir ki, Sovbez rəsmisi sözügedən görüşdə danışılanları cəfəngiyyat adlandırıb.

“Ukrayna iqtisadiyyatının bərpası barədə gedən danışıqlar yalandır, çünki bu bədbəxt ərazilərin iqtisadiyyatı zibilliyə çevrilir.

Goldman Sacsh-ın məlumatına görə, Ukrayna o əraziləri itirib ki, 40% sənaye potensialı, 63% kömür və 42% metal ilə təmin edirdi. Məhsuldarlıq 36% azalıb.

Rusiya xüsusi hərbi əməliyyatı bu il də davam etdirəcək. Ona görə ilin nəticələrinə görə iqtisadiyyat daha 10% çökəcək.

Avropa Birliyinin pul yardımı Kiyevə kömək etməyəcək. Qərbin məqsədi bu bədbəxt ölkənin iqtisadiyyatını müalicə etmək deyil. Qərb xeyirxah doktor Aybolit yox, doktor Menqeldir. O, qəddar qatil həkimdir”, - deyə Medvedev yazıb.

Aygün Musayeva
BakuPost

Şərhlər
  • t.ədalət

    Ən dəhşətli və qəddar olan vəhşi,işğalçı Rusiyadır.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar