Ru
20:39 / 15 Aprel 2024

"Ukrayna müharibəsinin iqtisadiyyata təsiri azalıb" - Millət vəkili

1672
"Dünya bazarında kəskin qiymət artımı nəticə etibarilə qlobal iqtisadiyyatda nəinki qiymət artımı, eyni zamanda durğunluq yaratdı. Sonra iqtisadiyyatın Rusiya-Ukrayna müharibəsinin təsirləri, enerji bazarında baş verən dəyişikliklərə uyğunlaşması müşahidə edildi. Dünya iqtisadiyyatına ən çox təsir göstərən amil məhz Rusiya-Ukrayna müharibəsidir. Amma onun təsiri müharibənin başladığı ilk dövrlərlə müqayisədə xeyli azalıb. Bütövlükdə qlobal dəyişikliklər dünya iqtisadiyyatına təsirsiz ötüşmür".

Bakupost.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ildə Azərbaycan istehlak bazarında qiymət artımları ilə müşahidə olundu. Amma buna rəğmən, tarazlıq qorunub saxlanıldı:

“Hökumət tərəfindən həyata keçirilən tədbirlər imkan verdi ki, məhz müharibənin regional təsirləri, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirlərini minimallaşdırmaq mümkün olsun. Artıq Azərbaycan iqtisadiyyatı yenidən artım dövrünə qədəm qoyub. 2023-cü ildə də iqtisadiyyatda artım qeydə alındı, amma 2024-cü ilin ilk aylarında artım daha sürətli baş verdi. Bu isə ondan xəbər verir ki, indiki halda biz Azərbaycan iqtisadiyyatının stabil olaraq inkişafını müşahidə edirik”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər