Ru
14:52 / 06 İyun 2024

Ukrayna Rusiyanın “Saturn” gəmisini vurdu

1117
Ukrayna ordusu Krımda Rusiyanın “Saturn” adlı yedək gəmisini pilotsuz dəniz gəmisi ilə vurub.


Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.


Açıqlamada əməliyyat zamanı Rusiyanın “Saturn” yedək gəmisinin uğurla vurulduğu qeyd edilib və əməliyyat nəticəsində işğalçıların daha bir gəmisinin məhv edildiyi bildirilib.


Ukraynanın Baş Qərargah rəisi Aleksandr Sirski sosial media hesabındakı paylaşımında ukraynalı komandirlərin pilotsuz sistemlərdən istifadədə unikal döyüş təcrübəsinə malik olduqlarını yazıb.


Baş Qərargah rəisi şiddətli qarşıdurmaların yaşandığı Xarkov bölgəsində pilotsuz uçuş aparatları sayəsində uğurlu nəticələr əldə etdiklərini bildirib. Sirski ölkəsinin dəniz vasitələrinin Rusiya ordusunu Qara dənizin Ukrayna sularından çıxardığını bildirib.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər